Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva , E. Quliyev/ Zaqatala Sərhəd Dəstəsinin N saylı sərhəd zastavasının əsgəri dünən saat 19 radələrində xidmət etdiyi hərbi hissəni tərk edib. Balakən rayon polis şöbəsindən Trend ə bildirilib ki, 2007-ci ilin yanvarında Xətai rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış Həsənov Elşad Nəriman oğlu xidməti silahını götürərək Balakən rayonu Mazım kəndində yerləşən hərbi hissəni tərk edib.
Dövlət Sərhəd Xidmətindən Trend ə bildirilib ki, Həsənov xidmət apardığı ərazidəki meşədə azıb. Hazırda əsgərin axtarışı aparılır.