...

Azərbaycanın sabiq baş naziri prezidentliyə namizəd ola bilər

Siyasət Materials 21 Avqust 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Azərbaycanın sabiq baş naziri, Milli Məclisdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn 2008-ci ildə keçiriləcək prezident seçkilərində namizəd ola bilər. Bu barədə çərşənbə axşamı Bakıda Pənah Hüseyn məlumat verib.

"Mənim prezidentliyə namizəd olmağımla bağlı təkliflər və təşəbbüslər var. Lakin mən bu məsələ ilə bağlı hələlik siyasi qərar qəbul etməmişəm. Ancaq prezidentliyə namizəd olacağım istisna deyil", - deyə Hüseyn əlavə edib.

Onun fikrincə, seçki kompaniyası ciddi hazırlıq, maliyyə imkanları, təşkilatı sturukturlar və insan resuslarının olmasını tələb edir. Millət vəkili qeyd edib ki, prezident seçkilərinə xeyli vaxt var və zamanı gələndə ona edilən təklifləri dəyərləndirəcək.

Müxalifət düşərgəsindən kimlərin prezidentliyə namizəd olacağı ciddi müzakirə predmetinə çevrilib.

Hüseyn 1992-93-cü illərdə Azərbaycanın baş naziri vəzifəsində işləyib.

Xəbər lenti

Xəbər lenti