...

Azərbaycan kommunistləri noyabrda partiyaya sədr seçəcəklər

Siyasət Materials 27 Avqust 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) indiki sədri noyabr ayında keçiriləcək partiyanın 37-ci (yeni AKP-nin 4-cü) qurultayında partiya sədrliyinə namizəd olacaq. Qurultayın dəqiq günü sentyabrın 22-də keçiriləcək partiyanın Plenumunda təyin olunacaq.

Trend ə məlumat verən AKP-nin liderlərindən biri Rüstəm Şahsuvarov bildirib ki, indiki sədr Ramiz Əhmədovdan başqa alternativ namizəd yoxdur və olacağı da gözlənilmir: "Çünki Ramiz Əhmədovun partiyada nüfuzu çox yüksəkdir, buna görə də kimsə ona alternativ olaraq namizədliyini irəli sürməyəcək" - deyə Şahsuvarov qeyd edib.

O, əlavə edib ki, Əhmədov səhhətindəki problemlərə baxmayaraq, partiyaya normal şəkildə rəhbərlik edir. Buna görə də xəstəliyi yenidən sədr seçilməsinə mane olmayacaq.

Şahsuvarov onu da bildirib ki, qurultayda partiyasədrinin birinci müavini postu təsis ediləcək, bəzi şöbələrdə dəyişikliklər olunacaq.

Azərbaycanda Kommunist ideologiyasına əsaslanan partiya hələ "böyük oktyabr sosialist inqilabı" adlanan çevrilişdən əvvəl, 1903-cü ildə yaradılıb. İndiki Azərbaycan Kommunist Partiyası 1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra təsis olunub. 1903-cü ildən indiyədək 37 dəfə, 1993-cü ildən bəri isə 3 dəfə Kommunist Partiyasının qurultayı keçirilib. Noyabrda yeni AKP-nin 4-cü qurultayı olacaq.

Solçu partiya AKP özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti