...

Gələn ay Azərbaycan İslam Partiyasının strukturu formalaşdırılacaq

Siyasət Materials 3 Sentyabr 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gələn ay Azərbaycan İslam Partiyasının (AİP) strukturu formalaşdırılacaq. Bu barədə bazar ertəsi Trend ə partiyanın sədri Mövsüm Səmədov məlumat verib.

Partiyanın bu il iyulun 15-də keçirilmiş qurultayından sonra Baş Məclisin ilk toplantısının sentyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin partiyadaxili işlərlə əlaqədar Baş Məclisin vaxtı təxirə salınıb və oktyabra keçirilib.

Oktyabrda keçiriləcək ilk Baş Məclisin toplantısında İslam Partiyasının yeni strukturu formalaşdırılacaq. Partiya sədri müavinlərini təyin edəcək, şöbələr yaradılacaq, İdarə Heyəti, Məclis üzvləri təsdiqlənəcək.

Dini təmayüllü, müxalifətyönlü İslam Partiyası 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiyanın qeydiyyatı ləğv olunub.

Xəbər lenti

Xəbər lenti