...

İlham Əliyev: "Gələn il dövlət büdcəsində hərbi büdcənin xərcləri artırılacaq"

Siyasət Materials 4 Sentyabr 2007 15:58 (UTC +04:00)
İlham Əliyev: "Gələn il dövlət büdcəsində hərbi büdcənin xərcləri artırılacaq"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ 2008-ci il dövlət büdcəsində hərbi büdcənin xərcləri artırılacaq. İTV xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi müşavirədə məlumat verib.

"Azərbaycanda hərbi büdcənin xərcləri bir neçə dəfə artıb" deyə dövlət başçısı deyib.

2007-ci il dövlət büdcəsində hərbi büdcənin xərcləri bir milyard manatdır.

Əliyev bildirib ki, Azərbaycanda ordu quruculuğu dövlətin prioritet məsələsidir. "Azərbaycan işğal altında olan torpaqları istənilən yolla azad edə bilər. Ermənistan bunu başa düşməlidir". Azərbaycan prezidenti vurğulayıb.

Qaçqın və məcburi köçkünlərin vəziyyətinə toxunan Əliyev bildirib ki, ilin sonuna kimi Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunacaq.

Son üç ildə Azərbaycanda 9 çadır şəhərciyi ləğv edilib. Hazırda Azərbaycanın Saatlı, Sabirabad və İmişli rayonlarında çadır şəhərciyi mövcuddur.

Xəbər lenti

Xəbər lenti