...

Gürcüstanlı ekspert: " Rusiya xüsusi xidmət orqanları Gürcüstan-Azərbaycan tranzit oxlarını pozmağa çalışır"

Siyasət Materials 5 Sentyabr 2007 15:43 (UTC +04:00)
Gürcüstanlı ekspert: " Rusiya xüsusi xidmət orqanları Gürcüstan-Azərbaycan tranzit oxlarını pozmağa çalışır"

Gürcüstan, Tiflis/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın tanınmış iqtisadiyyat eksperti Giya Xuxaşvili rəsmi Tiflisin Gürcüstanın "Madneuli" şirkətinin Azərbaycanın işğal olunmuş Dağlıq-Qarabağ regionunda qızıl mədənlərinin mənimsənilməsiilə məşğul olması istəyi barədə məlumata münasibətdə kəskin mövqeyini müəyyənləşdirməsini tələb edir. Xuxaşvili hesab edir ki, Gürcüstan hakim dairələrinin susması şübhəlidir.

Bir həftə öncə, KİV-də Rusiyanın "Sənaye investorları" şirkəti Gürcüstandakı törəmə şirkəti "Madneuli" vasitəsilə Ermənistanın işğal olunmuş Dağlıq Qarabağdakı "Söyüdlü" qızıl mədənində emala başlayacağı barədə məlumat yayılmışdı.

"Əgər hakimiyyətdə hazırkı faktın inkar edilməsi ilə bağlı hər hansı bir arqument olsaydı, onlar bunu çoxdan etmişdilər. Lakin göründüyü kimi ,burada görülən iş təmiz deyil. Belə bir təəssürat yaranır ki, rəsmi Tiflis susmaqla bu biabırçı vəziyyətin başa çatmasını gözləməyə can atır" - deyə çərşənbə günü ekspert məlumat verib.

Xuxaşvili istisna etmir ki, bütün bu işlər Rusiya xüsusi xidmət orqanları tərəfindən təhrik edilir və bu vəziyyətdə bütün provakasiyalar Gürcüstan-Azərbaycan münasibətlərinin korlanmasına istiqamətlənib. Bu bölgüyə Gürcüstan hakimiyyətinin susması cinayətdir.

Onun rəyinə görə, Rusiya bu formada Tbilisi ilə Bakı arasında anlaşılmazlıq kaskadı yaratmağa cəh edir.

"Rusiya xüsusi xidmət orqanları Orta Asiyanın enerji daşıyıcılarının Moskvadan yan keçməklə tranzitini təmi nedən Gürcüstan-Azərbaycan geosiyasi oxlarını aradan qaldırmağa və ölkələr arasında ixtilaf yaratmağa çalışır" - deyə eksper bildirib.

Xuxaşvili Gürcüstan hakim dairələrinin diplomatik yollarla vəziyyəti nizamlayacağına ümid etdiyini ifadə edib. Belə ki, satılmış Rusiya şirkəti "Madneuli"yə təzyiq göstərmək mümkün olmayacaq. "Lakin əgər Gürcüstan hökuməti hazırkı problemlə bağlı susmağa cəhd göstərirsə, bu halda bizi ağır nəticə gözləyir" - deyə o söyləyib.

Ekspert əmindir ki, "Sənaye investorları"nın baş direktoru Serqey Generalov biznesmen deyil, siyasətçidir. Və o, biznesə yox, Rusiya maraqlarını həyata keçirməyə can atır.

Xəbər lenti

Xəbər lenti