...

"Dost" filmi beynəlxalq kinofestivalda daha bir mükafata layiq görüldü

Cəmiyyət Materials 18 Sentyabr 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ "Dost" Azərbaycan filmi beynəlxalq kinofestivalda növbəti mükafata layiq görülüb. Bu haqda "TrendLife"a filmin rejissoru Lalə Axundova xəbər verib. Onun sözlərinə görə: "Dost" filmi Bankoqda keçirilən Ümumdünya Tələbə Filmləri Kinofestivalında "Eksperimental kino" kateqoriyasında ikinci olub. Ümumiyyətlə, bu, çox nüfuzlu festivaldır. Onu da qeyd edək ki, bu, filmin artıq dördüncü beynəlxalq mükafatıdır".

Biz də ümid edək ki, davamı olacaq!

Xəbər lenti

Xəbər lenti