...

Azərbaycanın yunan-roma güləşçisi dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 18 Sentyabr 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın yunan-roma güləşçisi İlqar Abdulov ( 74 kq) H.Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparmaq şansı əldə edib.

Birinci döyüşdəcə danimarkalı Mark Madsenə məğlub olmasına baxmayaraq, skandinaviyalı rəqibinin finala qədər irəliləməsi sayəsində, həmyerlimiz bürünc medallar uğrunda mübarizə aparmaq şansı qazanıb. Bununla yanaşı İ.Abdulov Olimpiya lisenziyası qazanmaq uğrunda da mübarizədə aparacaq. Eyni zamanda, Elvin Mürsəliyev ( 86 kq) məğlub olduğu rəqibi Xanes Xarrinqin finala qədər yüksələ bilməməsi səbəbindən, medallar uğrunda mübarizə şansını itirib.

Hələ ki, Azərbaycan komandasının hesabında, Olimpiya çempionu Fərid Mansurov ( 66 kq) tərəfindən qazanılan bir qızıl medal var.

Xəbər lenti

Xəbər lenti