...

Musiqi günü Üzeyir Hacıbəyovun məzarı üstünə gül qoymaqla başladı

Cəmiyyət Materials 19 Sentyabr 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Dünən Azərbaycanda Musiqi günü qeyd olundu. Məhz həmin gün dahi bəstəkar Üzeyir Hacıbəyovun ad günüdür. TrendLife-ın verdiyi məlumata görə, Musiqi günü Fəxri Xiyabandan başladı. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin, BMA-nın rektoru Fərhad Bədəlbəyli, Siyavuş Kəriminin, Yazıçılar Birliyinin sədri Anarın, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin, Musiqili Komediya teatrının direktoru Elxan Ocaqovun və başqalarının iştirak etdiyi tədbirin iştirakçıları Üzeyir Hacıbəyovun, Müslim Maqomayevin, Ümumilli liderimiz Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarına əklillər qoydular. Azərbaycan Dövlət xor kapellası bəstəkarın mahnısını ifa etdi.

Xəbər lenti

Xəbər lenti