Azərbaycan , Bakı, 20 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/
Bu il Dövlət İrəvan Dram teatırnın 125 yaşı tamam olur. Bununla əlaqədar, bir çox tədbirlər keçirilməsi planlaşdırılır. Bu haqda TrendLife-a teatrın direktoru İftixar Piriyev xəbər verib. Onun sözlərinə görə, yubiley tədbiri oktyabrın 16-da Musiqili Komediya teatrının səhnəsində keçiriləcək. Onu da qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə, bu il İrəvan teatrının şəxsi binası olacaq.