...

Cüdo üzrə DÇ-2007 mükafatçısı dünya superkubokunda iştirak etməyəcək

Cəmiyyət Materials 22 Sentyabr 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Braziliyada keçirilən cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elnur Məmmədli Rotterdamda keçiriləcək dünya Superkubokunda iştirak etməyəcək.

Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə Trend ə bildirib ki, idmançının Olimpiya lisenziyası alması və minimum-vəzifəni yerinə yetirməsini nəzərə alaraq, idmançıya qısa müddətli istirahət verməyi qərara alıb.

"Braziliyadakı uğurlu çıxışdan sonra Elnur Pekin səfərinə rahat hazırlaşa bilər. Buna görə, onun dünya Superkubokunda iştirakı heç bir əhəmiyyət daşımır. İndi onun mundialdan sonra bərpası vacibdir" - deyə məşqçi bildirib.

Rotterdamdakı yarışda cüdoçular Olimpiya oyunlarına vəsiqə uğrunda hesab xalı yığacaqlar.

Xəbər lenti

Xəbər lenti