...

Lənkəranda HİV-ə yoluxanların əksəriyyəti Rusiya və Ukraynada işləyən kişilərdir

Cəmiyyət Materials 26 Sentyabr 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəranda HİV-ə yoluxanların əksəriyyəti Rusiya və Ukraynaya işləmək üçün üz tutan 20-50 yaşlı kişilərdir. Bu barədə Lənkəran rayon gigiyena və epidemiologiya mərkəzinin HİV diaqnostika laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib.

Onun sözlərinə görə, HİV-ə yoluxanlarının 46% -i narkotika aludəçiləri və onların ailə üzvləridir.

1999-cu ildən başlayaraq, yoluxma halları artmaqda davam edir. 2004-cü ildə qeydiyyatda 46, 2006-cı ildə 83 nəfər olubsa, hazırda bu rəqəm 105-ə çatıb. Onlardan 18-i qadındır. İki nəfər beş yaşadək olan uşaq yoluxmaya şübhəlidir. 2007-ci ilin doqquz ayında 23 virus daşıyıcısı aşkar edilib.

Bu il ümumi aşkar olunanlardan beşi dünyasını dəyişib. Onlardan biri qadındır. Bu il iki ailəvi HİV-ə yoluxma halı aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti