...

Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan prezidentinin ünvanına səsləndirilmiş ittihamların araşdırıması ilə bağlı komissiyanın yaradılmasını tələb edirlər

Cəmiyyət Materials 29 Sentyabr 2007 12:27 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan prezidentinin ünvanına səsləndirilmiş ittihamların araşdırıması ilə bağlı komissiyanın yaradılmasını tələb edirlər

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda yaşayan azərbaycanlı əhali prezident Mixail Saakaşvilinin ünvanına səsləndirilmiş ittihamların araşdırılması üzrə komissiyanın yaradılmasını tələb edir. "Mənim vətənim" qeyri-hökumət təşkilatının rəhbəri Əli Babayevin Trend ə verdiyi məlumata görə, keçmiş müdafiə naziri İrakli Okruaşvili tərəfindən irəli sürülən ittihamlar "kifayət qədər ağırdır" və əsaslandırılmalıdır.

"Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan vətəndaşları kimi , prezidentin ünvanına səsləndirilmiş iitihamlardan narahatdırlar, belə ki, bu həm prezidentin, həm də birbaşa olaraq, Gürcüstanın imicinə xələl gətirir", - deyə o bildirib.

Babayev hesab edir ki, eyni zamanda, Okruaşvilinin saxlanması və onun korrupsiyada ittiham olunmasının əsası yoxdur.

"Tbilisidə yaşayan azərbaycanlılar Gürcüstan parlamenti qarşısında keçrilən akasiyada iştirak ediblər, biz öz vətəndaş mövqeyimizi ifadə edirik və həqiqəti bilmək istəyirik" - deyə Babayev bildirib.

Onun sözlərinə görə, əgər "Mənim vətənim" təşkilatını İrakli Okruaşvilinin azad edilməsi məqsədilə yaradılmış müxalifət partiyaları Şurasına dəvət edərlərsə, təşkilat bu orqanda işləməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti