...

Röyanın jurnalının ilk adı birmənalı qarşılanmayıb

Cəmiyyət Materials 1 Oktyabr 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr / müx. TrendLife Günel Əhmədova/

Röyanın Türkiyəyə nəzərdə tutulan səfəri ötən həftəsonu gerçəkləşib. Müğənninin mətbuat katibi Ülviyyə Alovlunun TrendLife-a verdiyi məlumata görə, müğənni ötən gün səhər saatlarında yola düşüb və o, bir həftə qonşu ölkənin qonağı olacaq. Diqqətinizə çatdıraq ki, müğənni Sərdar Ortacla imzaladığı müqavilənin şərtləri ilə tanışlıq məqsədli səfərdədir.

Mətbuat katibinin əlavəsinə görə, şərtlərdə bəzi dəyişikliklərin ediləcəyi istisna edilmir:

"Bildiyiniz kimi, bəzi şərtlər Röyaya qaranlıq qalır. Ona ümumi məlumat verilib. Səfər sırf müqavilə ilə tanışlıq, eyni zamanda, dəqiqləşmələrin aparılması xarakteri daşıyır. Ola bilsin, hansısa şərtlər çıxarıla, yaxud dəyişdirilə bilər. Röyanın müqavilədə çıxarışlar, yaxud əlavələr etmək səlahiyyəti var. Eyni zamanda, səfər çərçivəsində müqavilənin qüvvəyə minəcəyi tarix bəlli olacaq"

Xatırladaq ki, Röyanın fanatlarının təşəbbüsü ilə yeni dərgi işıq üzü görməyə hazırlanır. Bununla bağlı, mətbuat katibi dedi ki, dərgi "Röya" adlandırılıb. "Əvvəlcə jurnalın "Bomba" adlandırılması nəzərdə tutulmuşdu. Amma bu ideya yuxarılarda birmənalı qarşılanmadığı üçün, adda dəyişiklik etmək məcburiyyətində qalıblar".

Öyrəndik ki, sözügedən dərgi sırf yeniyetmələrin problemlərinə həsr olunub. Röya jurnalda heç yerdə danışmadıqlarını söyləyəcək, eyni zamanda, tövsiyələrini verəcək.

Xəbər lenti

Xəbər lenti