...

Şahidlər Mühafizə Briqadasının komandir müavininin rüşvət aldığını təsdiqləyiblər

Cəmiyyət Materials 5 Oktyabr 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Cümə günü Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Silahlı Qüvvələrin Mühafizə Briqadasının komandir müavini Rasim Muradovun işi üzrə keçirilən prosesdə şahidlər ifadə veriblər. Muradovun vəkili Oqtay Əliyev Trend ə bildirib ki, məhkəmə iclasında şahidləri əksəriyyti ifadə verib. Onlar istintaqa verdikləri ifadələri təsdiqləyiblər və Muradovun onlardan rüşvət aldığını deyiblər.

Proses oktyabrın 10-da şahid ifadələri ilə davam etdiriləcək.

Muradova rüşvət alma və vəzifədən sui-istifadə ilə bağlı ittihamlar üzrə sübut tapılmadığı üçün, bu ittihamlar onun üzərindən götürülüb. Polkovnikə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Muradov iyulun 24-də həbs olunub. Barəsində mart ayında Mühafizə Briqadasının komandiri, polkovnik Mirzəli Yusifov tərəfindən cinayət işi açılıb.

Muradov məhkəməyə verdiyi ifadəsində Mühafizə Briqadasında baş vermiş qanun pozuntuları barədə ictimaiyyətə məlumat verdiyi üçün ona qarşı təzyiqlərin başlandığını və saxta ittihamlarla həbs olunduğunu deyib.

Xəbər lenti

Xəbər lenti