...

Müğənni Rəqsanə bacısına görə 50.000 dollar pul verib?

Cəmiyyət Materials 15 Oktyabr 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Qısa fasilədən sonra yenidən işinə dönən müğənni Rəqsanə İsmayılovanın başı üzərindəki qara buludlar, deyəsən yavaş-yavaş çəkilir. Belə ki, Rəqsanə Gəncədə verdiyi konsertdən sonra, Şəmkir, Mingəçevir və Tovuzda da pərəstişkarlarıyla görüşmək niyyətindədir. Müğənni Naxçıvan və Sumqayıt şəhərlərində də solo proqramla çıxış etməyi düşünür. Bunu müğənni TrendLife-a şəxsən söylədi. Rəqsanənin digər açıqlaması müğənni Kərimlə bağlı oldu. Qeyd edək ki, verdiyi müsahibəsində Kərim TrendLife-a söyləmişdi ki, onların uşağı olacağı təqdirdə, Rəqsanə qulağını kəsəcək. Həm də, nə az nə çox, düz 23.500 ABŞ dolları məbləğində onlara borcu var və özünə, eləcə də əzizlərinə bir şey olacağı halda, buna görə məhz o, cavab verəcək. Sənətçi isə, olub-bitənlərə belə şərh verməyə çalışdı: "Kərim adlı müğənni tanımıram. Bilirsiz necədir, mən dedikləri sözlərə cavab verib, özümü onların səviyyəsinə endirmək istəmirəm. Borc məsələsinə gəldikdə isə, deyim ki, heç kəsə pul borcum yoxdur. Ümumiyyətlə,TrendLifevasitəsilə söyləyirəm ki, bundan belə nə Kərimin, nə də həyat yoldaşı Təranənin deyəcəyi heç bir sözə əhəmiyyət verməyəcəyəm. O ki qaldı, onlara nəsə olsa, mənim cavab verəcəyimə, bu da inandırıcı səslənmir. Həyatda bircə Allahdan qorxuram. Bir də kiməsə nəsə edəndə, onu sanballı bir insana edərəm".

Bacısı Elladanı həbsdən qurtarmaqdan ötrü kimlərəsə 50.000 ABŞ-dolları verməsi xəbərini isə, Rəqsanə yaxına buraxmadı: "Bacım hələ də azadlığa buraxılmayıb, məhkəmənin nəticəsini gözləyirik. Heç kimə bir qəpik də pul ödəməmişəm. Səmimiyyətimə inanın, mənə həqiqət lazımdır, pul ödəmək yox. Əgər bacımın günahı varsa, mən ondan imtina edib, heç ona yaxın durmaram. Bilirəm ki, əsl həqiqət üzə çıxacaq. Və bir məlumatı da söyləyirəm ki, KİV nümayəndələri ilə çox yaxın günlərdə görüşüb, ətraflı məlumat verməkdən də çəkinməyəcəyəm. Tolikin yanıma qayıtması, mənimlə bahəm olması mənə güc verir. Yəqin onunla hazırladığımız laiyhədən də xəbərdar elə birinci TrendLife olacaq".

Xəbər lenti

Xəbər lenti