...

Gəncədə silahlı basqınçılar poçt müəssisəsinin işçilərini qətlə yetiriblər

Cəmiyyət Materials 16 Oktyabr 2007 11:16 (UTC +04:00)
Gəncədə silahlı basqınçılar poçt  müəssisəsinin işçilərini qətlə yetiriblər

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərpoçt Dövlət Müəssisəsinin Gəncə filialına bazar ertəsi axşam saatlarında silahlı basqın olub. Trend in bölgə müxbirinin məlumatına görə, silahlı basqınçılar şöbənin iki nəfər əməkdaşını qətlə yetirib və xəzindən təxminən 37 min manat vəsait götürərək, qaçmağa müvəffəq olublar.

Gəncə şəhər Prokurorluğunun baş müstəntiqi Əlziman Bədəlov bildirib ki, basqınçılar şöbənin işçilərini odlu silahla qətlə yetiriblər. Qətlə yetirilənlər 1951-ci il təvəllüdlü Bəxtiyar Bayram oğlu Bayramov və gözətçi 1939-cu il təvəllüdlü Səməndər Süleyman oğlu Səməndərovdur.

"İlkin ehtimala görə, basqın bir nəçə şəxs tərəfindən aparılıb. Bunu təsdiqləyən şahidlər də var. Hadisə yerinin müayinəsi zamanı makar tipli iki silah, giliz aşkar olunaraq götürülüb" müstəntiq deyib.

Bədəlov hazırda istintaq əməliyyatlarının davam etdiyini bildirib və faktla bağlı Cinayət Məcəlləsinin qudlurluq niyyəti ilə bir qrup şəxs tərəfindən adamöldürmə və quldurluq faktı üzrə cinayət işinin qaldırıldığını söyləyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti