...

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının hicablı tələbələri dərsdən çıxarılıblar

Cəmiyyət Materials 27 Oktyabr 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının 10 hicablı tələbəsi dərsdən çıxarılıb. Tələbələrin Trend in bölgə müxbirinə verdiyi məlumata görə, cümə günü dərs saatlarında filialın direktoru Tovuz Eminli, hisab örtməklə institutun daxili qaydalarını pozduqlarını əsas gətirərək, 10 tələbəni dərsdən çıxarıb. Baş verən insidentlə bağlı, hüquqları pozulan tələbələr Təhsil Nazirliyinə, Ombudsman Elmira Süleymanova və Avropa Şurasına müraciət hazırlayırlar.

Müəllimlər İnstitutunda təhsil alan hicablı tələbələrin dərsdən çıxarılması faktı bir ay öncə də baş vermişdir. Təhsil nazirliyi və Ombudsman məsələyə qarışdıqdan sonra problem həllini tapmışdı.

Eminli Trend ə bildirib ki, hicablı tələbələrin dərsə buraxılmaması göstərişi institutun rektoru tərəfindən verilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan qanunvericiliyində hicablı tələbələrin dərsə buraxılmaması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Müəllimlər İnstitutunun Zaqatala filialında baş verən hadisə araşdırılacaq və problem həllini tapacaq.

Zaqatala paytaxt Bakıdan 418 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti