...

Azərbaycanın Ali Məhkəməsi cinayət işlərinə vaxtında baxılması ilə bağlı, məhkəmələrə məktub göndərib

Cəmiyyət Materials 29 Oktyabr 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Ali Məhkəməsi cinayət işlərinin vaxtında baxılmasının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinə məktub göndərib. Bu barədə Ali Məhkəmənin bazar günü keçirilən Plenumunda qərar çıxarılıb. Plenumda qeyd olunub ki, bir çox hallarda, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarları ilə, cinayət işinin icraatı, təqsirləndirilən şəxslərin məhkəmədən gizlənməsi ilə əlaqədar olaraq, onların axtarışı, psixi xəstəliyi, digər səbəblərə görə iş üzrə məhkəmə ekspertizasının təyini ilə bağlı dayandırılır.

Plenumda, həmçinin, qərara alınıb ki, cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə, "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilsin.

Xəbər lenti

Xəbər lenti