...

Rəqqasə Məryəm Süleymanova: "Nə Nailə, nə də mən heç vaxt qocalmayacağıq"

Cəmiyyət Materials 5 Noyabr 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr/müx. TrendLife Şahin Cavadsoy/ Rəqqasələr arasında səngimək bilməyən birincilik sevdası bu dəfə başqa bir müstəviyə çıxır. İndi rəqqasələrin yaş məsələsi gündəmə gəlir. Söhbəti eşidər-eşitməz daş atıb, başını tutan rəqqasə Məryəm Süleymanova TrendLife-a məsələ ilə bağlı belə münasibət bildirdi: "Başa düşmürəm, nə səbədən belə söhbətləri ortaya atıb, kimlərinsə karyerasına zərbə endirməyə çalışırlar. Çox istərdim ki, bütün şou-biznes əhli, xüsusilə rəqqasələr arasında illərdən bəri davam edən qalmaqallar sona çatsın. Bir də, mənə qocalmaqla bağlı söhbətlər çox pis təsir etdi. Bilməyənlərə deyim ki, mən oriyental rəqslərin bənzərsiz ifaçısı Nailə Dadaşova ilə yaxın rəfiqəyəm. Ona deyilən hər bir sözü öz ünvanıma götürdüyüm üçün kəskin şəkildə vurğulayıram ki, nə Nailə, nə də mən heç vaxt qocalmayacağıq. Qoy, bunu hər kəs qəbul etsin. Bu, təkcə mənim yox, sənətə qiymət verməyi bacaran bütün insanların fikiridir".

Xəbər lenti

Xəbər lenti