...

Azərbaycanda plastik qablarda sirkə satışına qadağa qoyulub

Cəmiyyət Materials 14 Noyabr 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Azərbaycanda sirkə satışına qadağa qoyulub. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Kərim Rəhimov çərşənbə günü jurnalistlərə bildirib ki, qadağa mağazalarda plastik qablarda satılan sirkələrə şamil olunub. Səbəb onların gigiyenik tələblərə cavab verməməsidir. Onun sözlərinə görə, Respublika Karantin Müfəttişliyinin araşdırmalarından sonra plastik qablarda sirkə satışına qadağa qoyulub.

Mərkəzin araşdırlmaları nəticəsində müəyyən edilib ki, plastik qablarda satılan sirkələr gigiyenik baxımdan yarasızdır. Onların tərkibində sağlamlığa zərərli maddələr var. Gəncənin də iaşə obyektlərində bu məhsulun satışına qadağa qoyulub və mağazalardan yığışdırılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti