...

Azərbaycanın Yeni Ulduzu İlhamə Qasımova: "Heç vaxt pul verib, şəkillərimi avtobuslarda reklam etdirmərəm"

Cəmiyyət Materials 14 Noyabr 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Yerli şou-dünyasında müğənnilərin, harda gəldi, necə gəldi, reklam olunmalarına, bir növ, adət etmişik. Bəziləri bu niyyətinlərinə don geyindirib, tamaşaçıya kələk gəlmək üçün istənilən vasitəyə əl atırlar. Deməzdik ki, dünyaya Natəvan kimi gəlib, ancaq tanınmış rejissorlar Arif Qazıyevlə, Pünhan Həsənlinin məsləhəti ilə yaxınlarda Dünya Şəfəqə çevrilən bu sırada hamının qabaqlayıb, liderliyə iddialı olan yeganə müğənnidir. Amma etiraf edək ki, konsert reklamlarını çıxmaq şərtilə, Şəfəq yeganə sənətçidir ki, sərnişin nəqliyyatı-xüsusilə iritutumlu avtobuslarda öz rəsimlərini vurdurub. Yəqin bir çox sərnişinlər şəkillərin altında verilən bu şüarı da əzbər bilirlər: "Eşidiləcək səsi, dəyişəcək zövqünüzü".

Sənət dünyasında Dünyanın bu reklam təşviqatı düzgün başa düşülməsə də, onun bu ideyasına konkret irad tutan, Yeni Ulduz mahnı yarışmasının birincilərindən olan İlhamə Qasımova TrendLife-a danışdı: "Dünya şou-biznesində bu, başa düşülən bir addım kimi səciyyələnir. Amma biz Qərb şou-biznesində baş verənləri o qədər də yaxış olmayan formada təbliğ edirik. indi özünü Dünya Şəfəq kimi tanıtmağa can atan Natəvan xanımın bu istəyi mənə çatmır. Axı, o, sənətində nə yenilik edib ki, birdən-birə özünü kütləyə qəbul etdirməyə çalışır? Artıq şəhr vermədən əminliklə söyləyirəm ki, heç vaxt pul verib, simamı-şəkillərimi avtobuslarda reklam etdirmərəm. Əgər hansısa bir pərəstişkarım öz istəyi ilə nə vaxtsa belə bir addım atarsa, buna normal münasibət göstərərəm".

Xəbər lenti

Xəbər lenti