...

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda islamın şiə təriqəti haqqında yazılan kitabların yayımına qadağa qoyulmasından narahatdır

Cəmiyyət Materials 16 Noyabr 2007 14:24 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda islamın şiə təriqəti haqqında yazılan kitabların yayımına qadağa qoyulmasından narahatdır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycana gətirilən islam dininə aid kitabların yayımına qadağa qoyulması ilə bağlı problemlər var. "İslamım şiə təriqəti haqqında yazılan kitabların yayımına qadağa qoyulması düzgün deyil" cümə günü Bakıda "Tolerantlıq örnəyi-Azərbaycan" mövzusunda keçirilən beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə bildirib.

Azərbaycana gətirilən dini ktabların yayımı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verməlidir. Komitədə 30-dan artıq şiə təriqətinə aid çap olunan kitabın yayımına icazə verilməyib. Müstəqil dindar Hacı Əbdül jurnalistlərə açıqlamasında bildirib ki, şiə təriqəti ilə bağlı çap olunan kitabların yayımına icazə verilməməsi Dövlət Komitəsinin qərəzli mövqeyidir. Əbdül hesab edir ki, Azərbaycanda xristian dini ilə bağlı çap olunan kitabların yayımına daha çox rəy verilir, nəinki islam dini ilə bağlı kitablara.

Paşazadənin sözlərinə görə, hər bir dini kitab dinlərarası, dövlətlərarası qarşıdurmaya gətirib çıxarırsa, bu cür kitabların yayımına qadağa qoyulmalıdır. Bütün dindarlar da buna qarşı çıxır. QMİ sədri bildirib ki, şəriət kitabları qarşıdurmaya xidmət etmir. "Onsuz da qarşıdurma yaratmayan şəriət kitabların yayımına qadağa qoyulsa da, bunu gizli yolla Azərbaycana gətirirlər" Paşazadə əlavə edib. Onun sözlərinə görə, QMİ ilə Dövlət Komitəsi yaxın vaxtlarda birgə yayımına qadağa qoyulan kitabların siyahısını yenidən müzakirə edəcək. Bundan sonra yayımı labüd olan kitablara rəy veriləcək.

Dövlət Komitəsinin sədri Hidayət Orucov toplantıda çıxışı zamanı bildirib ki, yayımı qadağan olunan şiyə təriqətinə aid kitablarda radikal meylli, qarşıdurma yaradan fikirlər mövcuddur. Onun sözlərinə görə, Azərbaycanda yayımına qadağa qoyulan kitablar arasında sünni təriqətinə aid olan kitablar da az deyil. "Yayımı qadağa olunan şiə və sünni ktabları təxminən eynidir" Orucov deyib. Komitə sədri bildirib ki, Komitə Azərbaycanda islam təriqətlərinin fəaliyyətinə mane olmur. Təəssüf ki, Azərbaycana idxal olunan dini kitablarda dinlər arasında qarşıdurma yaradan zərərli kitablar var.

Xəbər lenti

Xəbər lenti