...

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Ali Məhkəməyə şikayət edib

Cəmiyyət Materials 20 Noyabr 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesinə fasilə verilib.

İctimai Birliyin sədri Rizvan Talıbovun apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyi üçün təqsirləndirilənin vəkili prosesin təxirə salınması barədə çərşənbə axşamı keçirilən prosesdə vəsatətlə çıxış edib.

Xuliqanlıqda (221.2) ittiham olunaraq həbs olunmuş Talıbova məhkəmənin hökmü ilə 4 il iş verilib.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb.

Vəkil Müşfiq Şirinov Trend ə bildirib ki, hazırlıq iclasında prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsi barədə qərar qəbul edilmişdi. Vəkilin sözlərinə görə, apellyasiya şikayətində prosesə əlavə şahidlərin çağırılması, ekspertizanın keçirilməsi barədə tələb irəli sürülüb.

Hazırlıq iclasının qərarının ləğv olunması üçün Ali Məhkəməyə müraciət olunacaq. Bu səbəbdən də Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində Talıbovun şikayəti üzrə prosesə fasilə verilib.

Talıbov Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. O, bir müddət öncə mətbuata verdiyi məlumatda özünü həbsdə olan jurnalist hesab edib.

Xəbər lenti

Xəbər lenti