...

Bəstəkar Nailə Mirməmmədli daha bir əzizini itirdi

Cəmiyyət Materials 20 Noyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Deyirlər, dünyanın heç etibarı yoxdur. Kimi illərlə bir yerdə olduğu əzizi, kimi də fani dünya ilə vidalaşır. Amma yazdığı irihəcimli musiqilər, səviyyəli mahnılarla qəlblərdə özünəməxsus yer tutan bəstəkar Nailə Mirməmmədlinin başının üstündən qara buludlar heç əskik olmur - desək, yanılmarıq. İlk öncə oğlunu, daha sonra həyat yoldaşı, bəstəkar Hikmət Mirməmmədlini itirən Nailə xanım indi də anasını haqq dünyaya yola saldı. Nailə xanım, sizə Allahdan səbr diləyib, Allah rəhmət eləsin deyirik! Başınız sağ olsun.

Xəbər lenti

Xəbər lenti