...

Azərbaycan qrossmeysterləri Qran – Pri turnirlərində iştirak edəcəklər

Cəmiyyət Materials 23 Noyabr 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov / Azərbaycanlı qrossmeysterlər-- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya şahmat tacı uğrunda mübarizə aparmaq üğün əlavə şans alıblar. Trend - in verdiyi məlumata görə bu, FİDE tərəfindən təsdiqlənmiş Qran - Pri turnirləri sistemi sayəsində mümkün olub. Yarışın reqlamentinə görə onda, Xantı- Mantiyskdə Dünya Kubokunun yarımfinalına çıxan idmançılar, həmçinin, yüksək reytinqə malik qrossmeysterlər iştirak edəcəklər. Bununla yanaşı, Qran - Prinin dövrələri iki il müddətində davam edəcək və onun qalibi 2009 - cu il Dünya Kubokunun sahibi ilə oynamaq hüququ qazanacaq. 8 partiyadan ibarət görüş 2010 - cu ildə baş tutacaq. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE - nin dərəcə cədvəlində aparıcı yerləri tuturlar və Xantı - Mantiyskdə start götürən Dünya Kubokunda uğurla çıxış etmək şansları var.

Xəbər lenti

Xəbər lenti