...

"Qara Qarayev - həyat sənədlərdə" adlı kitab hazırlanır

Cəmiyyət Materials 29 Noyabr 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Musiqi Mədəniyyəti Muzeyi hazırda yeni kitab üzərində işləyir. Həmin kitab görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyinə həsr olunacaq. Muzeyin direktoru Alla Bayramovanın TrendLife-a verdiyi məlumata görə, Qara Qarayevə həsr olunan kitabın siqnal nüsxəsinin hazırlanması işləri başa çatmaq üzrədir. Kitab "Qara Qarayev - həyat sənədlərdə" adlanacaq. Kitabın redaktoru Alla Bayramovanın özüdür. Adıçəkilən kitabda Qara Qarayevin foto şəkilləri, ona aid olan məlumatlar toplanacaq.

Xəbər lenti

Xəbər lenti