...

Azərbaycanın Təhsil Nazirliyi "Loğman" tibb məktəbi ilə probemi məhkəmə yolu ilə həll edəcək

Cəmiyyət Materials 1 Dekabr 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycanın Təhsil Nazirliyi "Loğman" tibb məktəbi ilə yaranan problemi məhkəmə yolu ilə həll etmək niyyətindədir.

"Artıq iki ildir ki, təhsil müəssisəsinin fəaliyyətin dayandırılmasına dair nazirliyin qərarına baxmayaraq, tibb məktəbinin rəhbərliyi qanunsuz yolla tələbə qəbulu aparır və nazirlik məsələni məhkəmə yolu ilə həll etmək məcburiyytindədir" - deyə şənbə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

Nazirlikdə olan məlumatlara görə, iki il ərzində tibb məktəbinə qanunsuz olaraq 2 minə yaxın tələbə daxil olub.

Nazirin sözlərinə görə, qəbul qanunsuz olaraq aparıldığından, bu tələbələr nazirliyin dipomunu əldə edə bilməyəcəklər.

Tibb məktəbinin fəaliyyətinin dayandırmasına dair qərar, təhsilin keyfiyyətinin aşağı olması, təhsil müəssisəsinin maddi -texniki bazasının standartlara uyğun olmaması ilə bağlı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti