...

ANS telekanalının fəaliyyətində qanun pozuntuları aşkarlanıb- Azərbaycan Teleradio Şurasının sədri

Cəmiyyət Materials 3 Dekabr 2007 16:58 (UTC +04:00)
ANS telekanalının fəaliyyətində qanun pozuntuları aşkarlanıb- Azərbaycan Teleradio Şurasının sədri

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalında apardığı monitorinqi başa çatdırıb. "Monitorinq zamanı ANS telekanalının fəaliyyətində qanun pozuntuları aşkarlanıb"- bazar ertəsi Trend ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Teleradio Şurası hər ilin sonunda telekanallarda aprılan monitorinqin nəticələrini açıqlayır. Ötən həftə ATV telekanalında aparılan monitorinqin nəticələri açıqlanıb. ATV-yə xırda qanun pozuntuları ilə bağlı xəbərdarlıq edilib. 2006-cı il noyabrın 23-də MTRŞ ANS teleradio şirkətinin lisenziyasını uzatmaqdan imtina edib və çoxlu qanun pozuntularına yol verdiyinə görə, ANS televiziyası ilə ANS ÇM radiosunun yayımı dayandırılıb. Dekabrın 5-də isə, ANS-in tezliyi müsabiqəyə çıxarılıb. Dekabrın 11-də MTRŞ müsabiqənin sonunadək efirin boş qalmamasını səbəb göstərərək, ANS-in yayımının bərpasına icazə verib. Azərbaycan prezidentinin tövsiyyəsindən və ictimaiyyətin təkidindən sonra MTRŞ telekanala növbəti müddət üçün lisenziya verib.

Məhərrəmli bildirib ki, ANS ümumilikdə qanunda nəzərdə tutulan prinsipləri yerinə yetirir, sadəcə, xırda qanun pozuntularına yol verib. MTRŞ sədri qanun pozuntularının texniki məsələlərlə bağlı olduğunu və əlavə məlumatın monitorinqin nəticələrinə dair sabah keçiriləcək iclasdan sonra məlumat veriləcəyini deyib.

MTRŞ-dəkı mənbələrdən isə bildiriblər ki, ANS-dəki qanun pozuntuları, əsasən, reklamlarla bağlıdır. Buraya reklamların verilişlərarası müddəti, qadağan olunan reklamların verilməsi də daxildir.

Xəbər lenti

Xəbər lenti