...

Azərbaycan Dövlət İrəvan Teatrı Türkiyədən qayıdıb

Cəmiyyət Materials 7 Dekabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycan Dövlət İrəvan Teatrı Türkiyəyə qastrol səfərindən qayıdıb. Bu haqda TrendLife-a teatrın direktoru İftixar Piriyev xəbər verib. Teatr Niqde, Manisa, və İzmir şəhərlərində "O, olmasın bu olsun" tamaşasını təqdim edib. Tamaşanın qurluşçu rejissoru Hüseynağa Atakişiyevdir. Rollarda əməkdar artist Vaqif Kərimov, Ədalət Əbdulsalamov, aktyorlar Elnarə Heydərova, Ənvər Əsgəroğlu, Tünzalə Əliyeva və başqaları çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti