...

Azərbaycanlı gimnastlar Minskdəki beynəlxalq turnirdə gümüş medallar qazanıblar

Cəmiyyət Materials 11 Dekabr 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü Minskdə keçirilən akrobatik gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıblar. Akrobatların məşqçisi İradə Qurbanovanın Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə verdiyi məlumata görə, idmançılar balans və temp məşqlərini yerinə yetirdikdən sonra? finala vəsiqə qazanıblar. Finalda qarışıq kompozisiya ilə orijinal proqram göstərən həmyerlilərimiz ikinci yerə layiq görülüblər. Birinci yerə hazırki dünya çempionları-Belaruslu cütlük layiq görülüb. Üçüncü yerə Rusiyanın birinci qadın dueti layiq görülüb. Qeyd edək ki, bu, qadın cütlüyümüzün son ay ərzində ilk uğuru deyil. Belə ki, Əhmədova və Sultanova Belarusun Brest və Rusiyanın Volqodonsk turnirlərinin qalibləri olublar.

Xəbər lenti

Xəbər lenti