...

Avropa Qılıncoynatma Federasiyasının prezidenti Azərbaycana kömək edəcək

Cəmiyyət Materials 13 Dekabr 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Rusiya Qılıncoynatma Federasiyası (RQF) və Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti Əlişir Usmanov tərəfindən təsis edilən "Qılıncoynatmanın gələcəyi uğrunda" Beynəlxalq Xeyriyyə Fondu 2008-ci ildə dünyanın 66 ölkəsinə, həmçinin Azərbaycana yardım edəcək. Trend in allsport.ru saytına əsasən verdiyi məlumata görə, RQF-in vitse-prezidenti Valeriy Dikeviç qeyd edib ki, fondun regional şöbələrinin işinin müsbət qiymətləndirildiyi səsvermədən sonra İdarə Heyətinin üzvləri bir sıra ölkələrin milli federasiyalarına xeyriyyə yardımı etməyi qərara alıblar. Xeyriyyə yardımı əvəzsiz olaraq pul vəsaitlərinin köçürülməsi, qılıncoynatma avadanlığının alınması, fond nümayəndələrin təlim-məşq seminarlarına dəvət edilməsi və idman yığıncaqlarının təşkili yolu ilə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti