...

Azərbaycanın cüdo üzrə yığması Yaponiyada təlim-məşq toplantılarını davam etdirir

Cəmiyyət Materials 13 Dekabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Yaponiyada beynəlxalq turnirldə iştirak edən Azərbaycanın cüdo üzrə yığması elə bu ölkədə təlim-məşq toplantılarını davam etdirir.

Trend in verdiyi məlumata görə, təlim-məşq toplantılarında Dünya Unversiadasının qalibi Ramil Qasımov ( 66 kq), Mehman Əzizov ( 81 kq), Elxan Rəcəbli ( 81 kq), Mövlud Mirəliyev ( 100 kq), Avropa Çempionatının bürünc mükafatçısı Kifayət Qasımova ( 57 kq) və Ramilə Usubova ( 63 kq) iştirak edirlər. Bu məşqlər gələn il keçiriləcək lisenziya oyunlarında uğurla çıxış etmək üçün əsas olacaq.

Qeyd edək ki, hazırda cüdo üzrə proqramda Pekinə vakansiyanı yalnız Elnur Məmmədli ( 73 kq) əldə edib, Məmmədli Braziliyada keçirilən dünya çempinonatının da ikincisi olub.

Xəbər lenti

Xəbər lenti