...

Tünzalə Ağayevaya qabaqcadan danışmaq düşmür

Cəmiyyət Materials 13 Dekabr 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"8-104" verilişinin qonaqlar tamaşaçıların arzu və istəyi əsasında müəyyənləşdirilir. Verilişin ötən buraxılışına göndərilən SMS-lərin çoxu müğənni Tünzalə Ağayevanın "8-104"ə qonaq çağırılması ilə bağlı idi. Beləliklə, proqramın bu günkü qonağı əməkdar artist Tünzalə Ağayeva oldu.

"8-104"ün ənənəsini pozmayan Tünzalə aparıcı Nəsib Nurla söhbətə başlamazdan əvvəl mahnısını ifa etdi. Veriliş boyu özünü şən və zarafatcıl aparan müğənni həyata keçirdiyi layihələrdən, gələcək planlarından da söz açdı. "Düşünürəm ki, mən nə qədər səhnədəyəm, yeniliklərim o qədər çox olacaq"-deyən Ağayeva hazırda Cəmil Əmirovla böyük layihə üzərində çalışdığını vurğuladı. Müğənninin pərəstişkarlarına məlum oldu ki, əməkdar artist həm də solo konsert vermək niyyətindədir: "Sadəcə, vaxtını söyləmək istəmirəm. Çünki qabaqcadan danışmaq mənə düşmür. Nə zaman konsert verəcəyim günü əvvəlcədən elan edirəm, həmin tarixdə gözlənilməz olaylar baş verir və mən layihəni təxirə salmalı oluram. Amma ümidvaram ,bu dəfə niyyətimi gerçəkləşdirə biləcəyəm. Hazırda yeni mahnılar üzərində də işləyirəm. Onu da qeyd edim ki, Ən çox bəstəkar Eldar Mansurovla çalışıram".

Xəbər lenti

Xəbər lenti