...

Sumqayıtda Bülbülün yubleyilə bağlı tədbir keçirilib

Cəmiyyət Materials 26 Dekabr 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/müx. TrendLife Fərid Sadıqov/

Sumqayıtda yerləşən Bülbül adına 2 saylı Musiqi Məktəbində xalq artisti Bülbülün 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Bülbülün həyat yoldaşı Adilə xanım da iştirak edib. Bu barədə TrendLife-a Sumqayıt şəhər İcra Hakimiyyətnin mətbuat xidmətindən məlumat verilib. Mərasm iştirakçıları əvvəlcə Bülbülün həyat və yaradıcılığına həsr olunmuş fotosərgi ilə tanış olublar. Sonra Bülbülün yaradıcılığı barədə məlumat verilib, onun səs yazısı səsləndirilib. Tədbirdə əməkdar artist Gülüstan Əliyeva və digər tanınmış müğənnilər vaxtilə Bülbülün ifa etdiyi bəzi əsər və mahnıları səsləndiriblər.

Xəbər lenti

Xəbər lenti