...

Naxçıvan əhalisi 1,1 faiz artıb

Cəmiyyət Materials 9 Yanvar 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 9 yanvar / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında əhali 1,1 faiz artıb. Trend in bölgə müxbirinin məlumatına görə, yanvarın 1-nə muxtar respublika əhalisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min 300 nəfər artaraq 384 min 458 nəfər olub.

Əhalinin orta əmək haqqı isə 40 faiz artıb. Muxtar respublikada orta aylıq əmək haqqı 154 manat təşkil edir.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb.

Xəbər lenti

Xəbər lenti