...

Naxçıvandakı yay otlaqlarının pasportlaşdırılması prosesinə başlanılıb

Cəmiyyət Materials 23 Yanvar 2008 13:52 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 23 yanvar / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikası ərazisindəki yay otlaqlarının pasportlaşdırılması prosesinə başlanılıb. Bu barədə çərşənbə günü Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən müşavirədə komitənin sədri Valeh Vəliyev məlumat verib.

Naxçıvan MR Ali Məclisi sədrinin 27 may 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşdırılmasının qarşısının alınmasına dair Dövlət Proqramı" qəbul edilib.

Vəliyev bildirib ki, komitə tərəfindən hazırlanmış otlaqların yeni bölgüsü əsasında yay otlaq sahələrinin pasportlaşdırılması üçün ilk növbədə onların sərhədləri daxilində olan torpaq növlərinin yeni qeydiyyatı və uçotu aparılması başa çatıb. Ona görə də il ərzində yay otlaqlarının pasportlaşdırılması həyata keçiriləcək.

Muxtar Respublika üzrə dövlət qeydiyyatında 178 011 hektar, bələdiyyə mülkiyyətində 301 777 hektar, xüsusi mülkiyyətdə isə 56 512 hektar torpaq sahəsi var.

Xəbər lenti

Xəbər lenti