...

Bakıda ruhi xəstələr işıqların sönməsinə etiraz olaraq qiyam qaldırıblar

Cəmiyyət Materials 7 Fevral 2008 13:50 (UTC +04:00)
Bakıda ruhi xəstələr işıqların sönməsinə etiraz olaraq qiyam qaldırıblar

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Maştağa qəsəbəsindəki Ruhi Əsəb Dispanserində psixi xəstələr qiyam qaldırıb.

Bakı şəhər prokuroluğundan çümə axşamı Trend ə bildirilib ki, fevralın 6-dan 7-nə keçən gecə, saat 3-dən 7-dək 1 saylı Ruhi Əsəb Dispanserində stasionar müalicə alan bir qrup xəstə işıqların sönməsinə etiraz olaraq xəstəxananın şüşələrini, texniki avadanlıqları sındırıb.

Xəstəxananın əməkdaşları xəstələrin etirazının qarşısını ala bilmədiyi üçün hadisə yerinə polisin xüsusi təyinatlı dəstəsi çağrılıb.

Polisin müdaxiləsindən sonra ruhi xəstələrin qiyamı yatırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğu araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti