...

Müğənni İlahə Fəda yenidən səhnəyə qayıdır

Cəmiyyət Materials 1 Mart 2008 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart /müx. TrendLife Günel Əhmədova/

Həzin səsi ilə klassik mahnılara yeni nəfəs gətirən müğənni İlahə Fədanın biznes fəaliyyəti onu sənətdən bir qədər uzaqlaşdırıb. Müğənninin TrendLife-a açıqlamasına görə, əvvəllər biznesi atası ilə birlikdə qurmuşdu, hazırda isə o, bu peşəni sərbəst davam etdirir. Sonuncu konsert proqramını İstanbulda və daha sonra Kiprdə davam etdirən müğənni yenidən səhnəyə çıxmaq arzusundadır. Lakin onun hazırkı iş qrafiki buna mane olur. Bir neçə layihəsinin həllini payız aylarında düşünən sənətçi xanım belə bir açıqlama verdi:

"Azərbaycan Dövlət Fiarmoniyasında təqdim etdiyim konsertimdə bir neçə yeni mahnı səsləndirmişəm. Mahnılar klassik tərzdə yazıldığından, sanballı səslənirdi. Əvvəl onların studiya yazılışını həyata keçirməyi nəzərdə tutmuşam. Daha sonra mahnılarım alboma daxil edilib, toplum şəklində tamaşaçılara təqdim olunacaq. Lakin bir problem var. Mənim əksər mahnılarım Teymur Göyçəyievin rəhbərlik etdiyi orkestrin müşayiətilə səsləndirilir. Mənim boş vaxtım olanda orkestr ya səfərdə, ya da konsert hazırlığında olur".

Xəbər lenti

Xəbər lenti