Azərbaycan, Bakı, 12 mart /müx. TrendLife Eldar Hüseynzadə/
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə martın 14-də Teatr Xadimləri İttifaqında gənc rejissorların çəkdiyi filmlərin ikinci nümayişi təşkil olunacaq. Əgər fevralın 15-də üç iş nümayiş olunubsa, bu dəfə dörd iş nümayiş olunacaq.
Təşkil olunan tədbirdə əsasən Əliisa Cəfərov, Mikayıl Mikayılov, Samir Kərəmoğlunun işləri nümayiş olunacaq.