...

Mənim atam da, anam da naxçıvanlıdır, Qərbi Azərbaycanlı yox- Əməkdar artist İlqar Muradov

Cəmiyyət Materials 14 Mart 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /müx. TrendLife Safura/

Müsahibələrin birində "SOY production" ın prezidenti Oqtay Əliyev Qərbi Azərbaycanlıların müğənni yox, yaxşı deputat olduqlarını söyləyib. Buna əlavə olaraq, Oqtay Əliyev Azərbaycan sənətkarları arasında cəmi iki müğənninin- Xalq artisti Mübariz Tağıyev və əməkdar artist İlqar Muradovun Qərbi Azərbaycanlı olduqlarını bildirmişdi. Xalq artisti Mübariz Tağıyev bu xəbəri normal qarşılasa da, əməkdar artist İlqar Muradov Qərbi Azərbaycandan olmadığını söyləyərək, Oqtay Əliyevə etiraz etdi:

"Mən Oqtay Əliyevin telefon nömrəsini tapa bilmədim ki, bu məlumatın onda haradan olduğunu özündən soruşum. Mənə elə gəlir ki, o, mənim Qərbi Azərbaycanla heç bir əlaqəm olmadığını bilir. Mən əslən Naxçıvanlıyam.. Atam da, anam da Naxçıvandandırlar. Yerlipərəstliyə gəlincə, mənim üçün hamı Azərbaycanlıdır. Mən heç bir zaman insanları ayırmamışam, bundan sonra da ayırmaq fikrim yoxdur"

Xəbər lenti

Xəbər lenti