...

Kelts filarmoniyasının yeni binası Azərbaycanlı dirijor Əyyub Quliyevin iştirakı ilə açılacaq

Cəmiyyət Materials 15 Mart 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /müx. TrendLife Safura/

Gənc dirijor Eyyub Quliyev yaxınlarda səfərdən qayıdıb. Kolberq adına Kelts Dövlət filarmoniyasının zalında konsert proqramı ilə çıxış edən beynəlxalq müsabiqələr laureatı Svitokristk filarmoniyasının orkestrinə dirijorluq edib. Eyyub Quliyevin rəhbərlik etdiyi okestrin ifasında dahi Motsartın əsərləri səslənib. Eyyub bu məşhur orkestrlə birgə çıxış edən ilk Azərbaycanlı dirijordur.

Bu haqda TrendLifa məlumat verən gənc dirijor konsertdən məmnunluqla danışdı:

" Motsartın yaradıcılığına həsr olunmuş və "Bəstəkarın portreti" adı altında keçirilən yaradıcılıq konsertində solist beynəlxalq musibiqələr laureatı, məşhur Polşa pianoçusu P. Kovalski idi. Mənə belə bir orkestrə dirijorluq etmək nəsib olduğu üçün özümü xoşbəxt hiss edirəm. Məni uğurlu çıxışımla təbrik edən Kelts filarmoniyasının rəhbərliyindən filarmoniyanın yeni binasının açılışına da dəvət aldım. Azərbaycanın Polşadası səfirliyinin bütün təşkilati işlərdə köməyini məndən əsirgəmədiyini xüsusi qeyd etməyi özümə borc bilirəm"

Xəbər lenti

Xəbər lenti