...

Mən bəstəkar olduğum üçün peşimanam - xalq artisti Şəfiqə Axundova

Cəmiyyət Materials 18 Mart 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı 18 mart /müx. " TrendLife " Safura/

Azərbaycanın xalq artisti, bəstəkar Şəfiqə Axundova ilə əlaqə saxlayıb halını xəbər aldıqda, Şəfiqə xanım zəngimizə çox sevindiyini dedi və ağlaya-ağlaya ürəyini boşaltdı:

"Məni heç kim axtarmır. Zəng edib halımı soruşan da yoxdur. Bilmirlər ölmüşəm, ya qalmışam. Mən ömrümü musiqiyə, Azərbaycan musiqisinə həsr etmişəm, amma indi bəstəkar olduğum üçün çox peşimanam. Mənə qarşı diqqət heç yoxdur, qulağım telefonda qalır, gözüm isə qapıda. Bəlkə kiminsə yadına düşdüm. Çox etibarsız dünya imiş".

Azərbaycanlıların insana sağlığında qiymət verməmək xüsusiyyəti yenilik deyil. Yenilik Şəfiqə Axundovanın bəstəkar sənətini seçməsinə peşiman olmasıdır.

Xəbər lenti

Xəbər lenti