...

Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası toplantıya hazırlaşır

Cəmiyyət Materials 26 Mart 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir S.İlhamqızı/ Sabah - martın 27-də Almaniyanın paytaxtı Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının ilk iclası keçiriləcək. Bu barədə Trend a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilmiş I Forumunda qəbul olunmuş Bakı Bəyannaməsinə uyğun olaraq təşkil ediləcək. İclasda Koordinasiya Şurasının həmsədrləri seçiləcək, Azərbaycan və Türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyənləşdiriləcək, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparılacaq.

Toplantıda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məruzə ilə çıxış edəcək. Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun və Türkiyənin dövlət rəsmilərinin iştirakı ilə keçirilən iclasda AMEA prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri Mahmud Kərimov, Azərbaycan Milli Məclisinin deputatları Rafael Hüseynov, Nizami Cəfərov və Qənirə Qaşayeva, Bakı Slavyan Universtetinin rektoru, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü Kamal Abdulla, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədrinin müavini, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri, Mayns Azərbaycan cəmiyyətinin sədri Başar Kömür, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı və başqaları Azərbaycan və türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələri, birgə fəaliyyəti və onun prespektivləri barədə məruzələr səsləndirəcəklər.

Xəbər lenti

Xəbər lenti