...

Azərbaycanlı gimnastlar Bakıda təlim-məşq toplantılarını başa çatdırırlar

Cəmiyyət Materials 26 Mart 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın qrup məşqləri üzrə komandası Avropa çempionatına hazırlıq çərçivəsində Bakıda təlim-məşq toplantılarını başa çatdırır.

Yığma məşqçi Mariana Vasilyevanın rəhbərliyi altında Bakı Olimpiya Kompleksində məşqlər edir. Qrup komandası ilə birlikdə bir neçə bolqar gimnastları da məşq edir. Onların arasınad Avro-2006-nın mükafatçısı Filipa Siderova da var.

Hazırda yığma böyük səylə nişanla proqramın yeni elementlərini öyrənir. Komanda təkcə qitə birinciliyi deyil, Pekindəki Olimpiada da iştirak edəcək. Yığma Patrasdakı dünya çempionatının yekunlarına görə, Olimpiadaya gedəcək. Gimnastlar üçün yaxın start isə yaxın istirahət günlərində Fransada keçiriləcək növbəti Qran-Pri mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti