...

İsraildə azərbaycanlıların soyqırım qurbanlarının xatirəsi yad ediləcək

Cəmiyyət Materials 31 Mart 2008 16:41 (UTC +04:00)

İsrail, Qüds, 31 mart / Trend , müxbir R.Abdullayev/ Bu gün Rişon Le Tsion şəhərinin (İsrailin mərkəzi) Diaspor Evində İsrail Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunan Azərbaycanıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə bazar ertəsi Trend a Konqresin prezidenti Aleks Şapiro Suliman məlumat verib.

Şapiro Suliman bildirib ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım və təcavüz siyasəti 200 illik tarixə malikdir.

"Bu siyasətin məqsədi azərbaycanlıların qədim torpaqlarından çıxarılması və bu ərazilərdə erməni tarixçiləri və ideoloqları tərəfindən uydurulan "Böyük Ermənistan" dövlətinin yaradılması olub. "Dünya xalqımızın faciəsi barədə daha çox bilməlidir, biz fəal şəkildə bu faciənin ətraflı təbliğatı ilə məşğul olmalıyıq və bu, İsraildə real və həqiqi Azərbaycan diaspor təşkilatı kimi bizim Konqresin əsas missiyalarından biridir" - deyə Aleks Şapiro Suliman bildirib.

Tədbirdə İsrail Parlamentinin nümayəndələri, Rişon Le Tsion şəhərinin meri, diplomatik nümayəndəliyin İsrailə akkreditə olunan üzvləri, İsrailin azərbaycanlı icmasının nümayəndələri iştirak edəcəklər. Qonaqlar azərbaycanlıların soyqırımından bəhs edən foto sərgi və ədəbiyyatla tanış olacaqlar.

Martın 31-də Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. 1918-ci iln mart ayında S.Şaumiyanın rəhbərliyi altında hakimiyyəti ələ keçirən daşnaklar Azərbaycan xalqına qarşı amansız soyqırım həyta keçiriblər. Nəticədə mart-aprel aylarında Bakıda, Şamaxıda və digər regionlarda dinc insanlar öldürülüb. O dövrdə qardaş Türkiyə Azərbaycana yardım əlini uzatmış və Azərbaycan əhalisini ermənilər tərəfindən həyata keçirilən qırğından xilas etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan fərmana əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti