...

Teymur Əmrah yenə səhnədə tək qaldı

Cəmiyyət Materials 3 Aprel 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprlel/ "TrendLife" , Günel Əhmədova

Xəbər verildiyi kimi, ATV-nin "N1" realiti şousunda bu dəfə Teymur Əmrahla Xəyyam Nissanov görüşəcəklər. Lakin Xəyyam duelə qatılmayacağını bəyan edib. Xatırladaq ki, Xəyyam duelə gəlməyən ilk iştirakçı deyil. Artıq bir neçə müğənni müəyyən səbəblərdən şoudan imtina edib.

TrendLife-a etibarlı mənbədən daxil olan məlumata görə, duel seçimi zamanı Teymur Əmrah Xəyyam Nissanovun adını çəkib. Teymurun iştirakçı kimi adı çəkiləndə isə Xəyyam müğənni həmkarına yaxınlaşaraq ona toxunmamasını xahiş edib. Səbəb kimi isə göstərib ki, həmin tarixdə, yəni aprelin 4-də o, Moskvada toyda iştirak etməlidir. Onunla razılaşdığını deyən Əmrah Elnurun adını çəkəcəyini bəyan etsədə də, səhnədə hadisələr Xəyyamın əleyhinə cərəyan edib. Yəni, Teymur düşünmədən Xəyyamın adını çəkib. Eşitdiyindən şoka düşən Xəyyam Teymurun bu "jestini" qiymətləndirmək qərarına gəlib. O, KİV-də çıxış edərək həmin gün "N1"də deyil, Moskvada keçiriləcək toy mərasimində çıxış edəcəyini söyləyib. Beləliklə, Teymur Əmrah ikinci dəfə səhnədə tək qalacaq.

Xəbər lenti

Xəbər lenti