...

Jurnalistlərin aclıq aksiyası barədə ATƏT rəsmisinə məlumat verib

Cəmiyyət Materials 7 Aprel 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda səfərdə olan ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti bu gün Söz Azadlığını Müdafiə Komitəsinin üzvləri ilə görüşüb. Bu barədə Trend a müdafiə komitəsinin sədri Arzu Abdullayeva məlumat verib. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti ilə görüşüb. Hüquq müdafiəçisi Komitə adından müraciət edərək, Haraştidən hazırda həbsdə aclıq aksiyası keçirən "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşməyi, onun vəziyyəti ilə maraqlanmağı xahiş edib.

Abdullayeva aclıq aksiyası barədə qonağa məlumat verib, bildirib ki, aksiyaya ölkənin tanınmış ictimai-siyasi xadimləri qoşulur.

Haraşti həm məhbəsdə olan jurnalistlərlə, həm də aclıq aksiyası keçirən şəxslərlə görüşəcəyini vəd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti