...

Azərbaycanın üzgüçülük üzrə komandası dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 9 Aprel 2008 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın üzgüçülük üzrə yığması aprelin 9- da Mançesterdə start götürən dünya çempionatında iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu yarışda respublikanı Olimpiadada iştirak üçün vald-kartlar almış Oksana Hətəmxanova və Tural Abbasov, həmçinin, əvvəlki Oyunlarda iştirak etmiş Natalya Filippina təmsil edəcəklər. Bu idmançılar üçün Mançesterə səfər dördilliyin əsas startı ərəfəsində öz güclərini sınamaq üçün yaxşı imkan olacaq.

Hətəmxanova brass üzrə proqramla mundialda, Abbasov sərbəst növçülük üzrə çıxış edəcək. Filippina isə öz bəxtini krolda sınayacaq. Komanda favoritlərin Rusiya, Hollandiya, Avstraliya, ABŞ və digər ölkələrdən olan üzgüçülərin olduğu yarışda yüksək yer tutmağa iddia etmir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti