...

Müğənnilərin vergidən yayınmasının qarşısın almaq mümkündür- Nizami Cəfərov

Cəmiyyət Materials 22 Aprel 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /müx. TrendLife Günel Əhmədova

Müğənnilərin vergidən yayınmasının qarşısının alınması çətin proses olsa da onu həyata keçirmək mümkündür. Bu barədə TrendLife-a danışan Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərovun sözlərinə görə, sözügedən məsələdə konkret mexanizm müəyyən etmək çətin məsələdir: "Müğənnilərin qazanc götürdükləri və fəaliyyət göstərdikləri bütün məqamlar şəffaf olmalıdır. Vergi orqanları tərəfindən müğənnilərin gəlirlərinin bütün sahələri aydınlaşdırıldıqda ümumi prinsip məlum olar ki, onlar hansı nöqtələrdən qazanc əldə edirlər. Bu zaman vergidən yayınmanın qarşısı qismən olsa da alına bilər. Digər tərəfdən, müğənnilərin böyük bir qrupu ilə vergilər və mədəniyyət nazirliklərinin əməkdaşları arasında görüş keçirilə bilər ki, bu halda maarifləndirmə işini yüksək səviyyədə təşkil etmək mümkündür. Maarifləndirmə işi o səviyyədə aparılmalıdır ki, müğənnilər dövlət büdcəsinə vergiləri könüllü şəkildə ödəsinlər və bununla şərəf duysunlar. Yalnız o halda müğənnilər mədəniyyətə, sənətə və xalqaxidmət etmiş olarlar".

Xəbər lenti

Xəbər lenti